Tramp: Rusiya ilə dostluğa hazıram, amma bir şərtlə

Tramp: Rusiya ilə dostluğa hazıram, amma bir şərtlə
Dünya 217

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu, lakin bunun üçün Moskva ilə Pekinin yaxınlaşmasının qarşısının alınmalı olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, o, bu fikirlərini Fox News kanalına müsahibəsində səsləndirib.

Trampın sözlərinə görə, Rusiyada ABŞ üçün dəyərli olan nadir metallar da daxil olmaqla mühüm resurslar var. Eyni zamanda, o qeyd edib ki, Çin lideri Si Cinpin də ABŞ-lə əlaqələri inkişaf etdirmək istəyir, çünki Pekin Amerika bazarına ehtiyac duyur.

Tramp vurğulayıb ki, həm Rusiya, həm də Çinlə dostluq münasibətləri qurmaq istəyir, lakin Moskva və Pekinin yaxınlaşmasını istəmir. O, Rusiya-Çin əməkdaşlığının güclənməsinə görə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı və onun "səhv enerji siyasətini" günahlandırıb.

Son xəbərlər