Tramp növbəti prezidentlik müddətinə aydınlıq gətirdi
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, CNBC telekanalına müsahibəsində deyib.
ABŞ lideri müsahibə zamanı müvafiq sualı cavablandırarkən bu addımı ehtimal etmədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Tramp oxşar açıqlama verib. Hələ mayın 4-də ABŞ prezidenti bildirmişdi ki, tərəfdarları onu davamlı olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə inandırırlar, lakin o, bunu etmək niyyətində deyil.
Xatırladaq ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs yalnız iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.
Oxşar xəbərlər
Amerikada cinayətkar polis əməkdaşlarına təcavüz etmək istəyib
ABŞ-nin Florida ştatında cinsi zorakılıq ittihamı ilə saxlanılan şəxs həbsxanaya aparılarkən qadın polis əməkdaşını da cinsi zorakılığa məruz qoymağa cəhd edib....