Tramp Nobel mükafatı arzusunda olmadığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağı arzulamadığını deyib.
BAKU.WS xəbər verir ki, o, bunu "The Daily Caller" portalına verdiyi müsahibədə bildirib.
Siyasətçi qeyd edib ki, onun istəyi yalnız ona qarşı ədalətli davranılmasıdır.
"Arzu etmək" ifadəsini işlədərək belə bir cavab verə bilməzdim, çünki bu, dəhşətli səslənərdi. Mən bunu edə bilmərəm. Siz bilirsiniz, insan özünü belə vəziyyətə sala bilməz, amma deyə bilərəm ki, tarixdə heç kim mənim etdiklərimi etməyib", – deyə Tramp vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, o, Hindistan və Pakistan arasında olan münaqişə də daxil olmaqla, yeddi müharibəni dayandırıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...