Tramp nağdsız girovu ləğv edib və bayrağın təhqirinə görə cəzanı sərtləşdirib

Tramp nağdsız girovu ləğv edib və bayrağın təhqirinə görə cəzanı sərtləşdirib
Dünya 11

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bir neçə sərəncam imzalayıb.

BAKU.WS "Report"a istinadən verdiyi məlumata görə, sənədlər Oval kabinetdə jurnalistlərin iştirakı ilə imzalanıb.

Sərəncamlardan biri nağdsız girov ödənişlərinin ləğvi ilə bağlıdır. Belə ki, nağdsız girovla şübhəlinin məhkəməyə qədər həbsdən azad edilməsi üçün nağd pul ödəməsi lazım deyil.

Ağ Evin rəhbəri ikinci sərəncamında ABŞ Baş Prokuroruna Amerika bayrağını təhqir edənləri, o cümlədən onu yandıranları mühakimə etməyi əmr edib.

Eyni icra sərəncamı bayrağı təhqir edən şəxslərə viza, yaşayış icazəsi və milliləşdirmə prosedurlarının verilməsini qadağan edir və dayandırır.

Başqa bir sərəncamında Amerika lideri müdafiə naziri Pit Heqsetə Milli Qvardiyada ictimai asayiş məsələlərini həll etmək üçün xüsusi təlim və təchizatdan keçəcək ixtisaslaşdırılmış bölmələr yaratmağı tapşırıb.

Son xəbərlər