Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur"
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə paylaşımında bildirib ki, İranla mümkün razılaşma prosesi ilə bağlı heç bir təzyiq hiss etmir və tələskənlik yoxdur. Trampın sözlərinə görə, "mənim çox vaxtım var, amma İranın vaxtı azdır".
Tramp həmçinin ABŞ mediasını tənqid edərək bəzi xəbərlərin yanlış təqdim olunduğunu iddia edib.
O, İranın hərbi potensialının zəiflədiyini də vurğulayaraq ölkənin ciddi itkilər verdiyini bildirib və "vaxtın İranın lehinə işləmədiyini" qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, hər hansı razılaşma yalnız ABŞ və müttəfiqlərinin maraqlarına uyğun olduğu halda mümkün ola bilər.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...