Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı büdcə qanun layihəsinə qarşı demokrat namizədləri maliyyələşdirsə, bu, ciddi nəticələrə səbəb olacaq."
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu "NBC News" kanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib
"Əgər o bunu etsə, bunun nəticələrini ödəməli olacaq", – Tramp deyib.
Prezident həmçinin bildirib ki, bu həftə ictimaiyyət qarşısında yaşanan münaqişədən sonra Maskla münasibətini bərpa etmək niyyətində deyil.
O həmçinin Maskı prezidentlik institutuna hörmətsizlik etməkdə ittiham edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...