Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirməkdə israrlıdır
ABŞ prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır.
"Report" xəbər verir ki, o, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.
"Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var", - o bildirib.
Tramp, həmçinin ordu ilə bağlı da müəyyən güzəştlərin tətbiq olunacağını deyib.
Qeyd edək ki, ABŞ prezidenti dəfələrlə oxşar fikirlər səsləndirib. O, sonuncu dəfə yanvarın 6-da Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.
Oxşar xəbərlər
Qərbdən İranla bağlı ETİRAF
Qərb İranı havadan devirməyin mümkünsüzlüyünü etiraf edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetində m...