Tramp İstanbuldakı danışıqlara Putinə görə getməyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda iştirak etməmək qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalının aparıcısı canlı efirdə məlumat verib.
"Aydın oldu ki, Putin iştirakçılar siyahısında yoxdur, bundan sonra Amerika rəsmiləri prezidenti [Trampı] mümkün iştirakçılar siyahısından çıxardılar," – deyə aparıcı bildirib.
Rusiya Prezidenti Vladimir Putin 15 may tarixində Ukrayna ilə birbaşa danışıqlara başlamağı təklif edib. Danışıqların keçiriləcəyi yer isə İstanbul olub.
Qeyd edək ki, 2022-ci ildə də Rusiya və Ukrayna nümayəndələri İstanbulda münaqişənin həlli yollarını müzakirə etmişdilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...