Tramp: İsrailin İrana qarşı əməliyyatı mənim üçün sürpriz olmadı

Tramp: İsrailin İrana qarşı əməliyyatı mənim üçün sürpriz olmadı
Dünya 155

ABŞ Prezidenti Donald Tramp İsrailin İran ərazisindəki obyektlərə zərbə endirmək planlarından əvvəlcədən xəbərdar olduğunu bildirib.

Bu barədə "RIA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, yəhudi dövlətinin İslam Respublikasına qarşı başladığı əməliyyat onun üçün gözlənilməz olmayıb.

Qeyd edək ki, 13 iyun gecəsi İsrail Müdafiə Ordusu (ÇAXAL) "Am KeLavi" ("Millət, aslan kimi") adlı əməliyyata başladığını açıqlayıb. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına ciddi zərbə vurmaqdır. Bundan sonra İslam Respublikasının bir neçə yaşayış məntəqəsindəki obyektlər bombalanıb.

"The New York Times" yazır ki, İsrail qüvvələri Tehranın ətrafında yerləşən altı hərbi bazanı hədəfə alıblar.

İranın dövlət agentliyi "İRNA" isə Natanz şəhərindəki atom obyektində partlayış baş verdiyini bildirib.

Baş verənlərlə əlaqədar İranın ali lideri Əli Xamenei xalqa müraciət edərək, ordunun İsrailin zərbələrinə cavab verməsi üçün "tam sərbəstlik" verdiyini bəyan edib.

Hadisədən sonra Tramp vəziyyəti şərh edib və İranın nüvə proqramı ilə bağlı danışıqların bərpa olunacağına ümid etdiyini deyib.

Son xəbərlər