Tramp: İranla müharibə başa çatmağa yaxındır
ABŞ Prezidenti Donald Trump İranla bağlı hərbi qarşıdurmanın tezliklə bitə biləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi sona yaxınlaşır: "Düşünürəm ki, müharibə başa çatmağa çox yaxındır. Vəziyyəti bu şəkildə qiymətləndirirəm".
Tramp qeyd edib ki, proses hələ tam yekunlaşmayıb və hadisələrin necə inkişaf edəcəyi yaxın vaxtlarda bəlli olacaq. Onun sözlərinə görə, İran tərəfi razılaşma əldə etməkdə maraqlıdır.
ABŞ lideri həmçinin vurğulayıb ki, Vaşinqtonun hərbi müdaxiləsi olmasaydı, İran artıq nüvə silahına sahib ola bilərdi.
Qeyd edək ki, Donald Tramp daha əvvəl İranla danışıqların ikinci mərhələsinin yaxın iki gün ərzində baş tuta biləcəyini də açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu
ABŞ ilə İran arasında hərbi gərginlik daha da dərinləşib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində növbəti hərbi əməliyyatlar ser...