Tramp: İranın elektrik stansiyaları və körpülərinə yeni zərbələr endirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın infrastruktur obyektlərinə qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına telefonla verdiyi müsahibədə danışıb.
Tramp bildirib ki, İranın elektrik stansiyaları və körpülərinə yeni zərbələrin endirilməsi ilə bağlı qərar verilə bilər.
"Bu, mümkündür. İranın razılaşma əldə etmək və vəziyyətdən çıxmaq imkanı var idi", – deyə ABŞ Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Tehran razılaşmanın əldə olunmasını uzun müddət gecikdirib və hazırkı vəziyyətin yaranmasına da məhz bu səbəb olub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...