Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib
İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-nin fəsadları ilə üzləşəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. "Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu başqa cür etmək istəmirəm, amma bizim seçimimiz olmayacaq. Zənginləşdirmə olmayacaq", - Tramp cavab verib.
Lakin o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.
Oxşar xəbərlər
Estoniya Moldovada səfirlik açır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb. BAKU.WS "Report"a i...