Tramp İrana qarşı yeni hücum dalğasını anons edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda İrana qarşı genişmiqyaslı zərbələrin endiriləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində danışıb.
Trampın sözlərinə görə, ABŞ hələ İrana qarşı ciddi zərbələr endirməyə başlamayıb və "böyük hücum dalğası hələ baş verməyib".
"Böyük dalğa hələ qabaqdadır və tezliklə olacaq", – deyə Tramp bildirib.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti xalqa müraciətində bildirib ki, Amerika və İsrailin İrana endirdiyi zərbələr Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi səbəbindən "səbrin tükənməsi" ilə bağlıdır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...