Tramp: "Ərdoğan olmasaydı, NATO sammitinə gəlməzdim"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirakının əsas səbəblərindən birinin tədbirin Türkiyədə keçirilməsi olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Tramp çıxışı zamanı NATO-nun fəaliyyəti ilə bağlı narazılığını ifadə edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyini yüksək qiymətləndirib.
"Ərdoğan olmasaydı, bu sammitə gəlməzdim. O, çox güclü liderdir. NATO zirvəsinin Türkiyədə keçirilməsi çox mühüm hadisədir", – deyə ABŞ Prezidenti bildirib.
Tramp vurğulayıb ki, ABŞ uzun illər ərzində NATO-ya böyük maliyyə dəstəyi göstərib. Onun sözlərinə görə, Vaşinqton Avropa ölkələrinin təhlükəsizliyi üçün trilyonlarla dollar xərcləyib və müttəfiqlərin də ABŞ-yə daha çox dəstək verməsinin vaxtı çatıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...