Tramp administrasiyası ilə Harvard arasında QARŞIDURMA
ABŞ-də sabiq prezident Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə Harvard Universiteti arasında gərginlik yaşanır.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, səbəb, Tramp hökumətinin universitetdən idarəetmə və qəbul qaydaları ilə bağlı dəyişiklik tələbləridir. Harvard rəhbərliyi bu tələbləri müstəqilliyinə zidd sayaraq rədd edib.
Universitetin prezidenti Alan Garber bildirib ki, hökumət heç bir halda özəl universitetlərin necə fəaliyyət göstərəcəyini diktə etməməlidir. Bu qərardan sonra Tramp administrasiyası Harvardın elmi layihələrinə ayrılan 2 milyard dollarlıq federal vəsaiti dondurdu.
Qarşıdurmanın kökündə 2024-cü ildə universitetlərdə başlayan Qəzza etirazları dayanır. Tramp antisemitizmin artdığını və yəhudi tələbələrin qorunmadığını iddia edərək Harvarddan ciddi tədbirlər tələb edib.
Hazırda Harvard hökumətlə maliyyə baxımından 9 milyard dollarlıq əməkdaşlıq aparır. Vəsaitlərin dondurulması universitetin bir çox layihəsinə təsir göstərə bilər.
Oxşar xəbərlər
"Axios": ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər
ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər. BAKU.WS repo...