Tramp administrasiyası Harvard Universitetinə tələbə qəbulunu qadağan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Donald Tramp administrasiyası dünyanın ən prestijli təhsli ocağı Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem X hesabında etdiyi paylaşımda da bu haqda bildirib.
"Sizə məlumat verirəm ki, Harvard Universitetinin beynəlxalq tələbə və akademik mübadilə proqramının lisenziyası ləğv edilib. Bu digər universitet və akademik institutlara xəbərdarlıq olsun".
Harvard Universitetinin əməkdaşları isə buna etiraz erdərək qərarın qeyri-qanuni olduğunu vurğulayıb.
Universitetdən verilən açıqlamada deyilir ki, "140-dan çox ölkədən olan tələbə universitetimizi həddindən artıq zənginləşdirir, buna görə də biz beynəlxalq tələbələri və akademikləri qəbul etməyə qərarlıyıq".
Məlumatlara görə, son tədris ilində yeddi minə yaxın tələbə xarici ölkələrdən gəlib.
Çin bu qərara reaksiya verib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning jurnalistlərə deyib ki, Çin tərəfi təhsil əməkdaşlığının siyasiləşdirilməsinin əleyhinədir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...