Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə ölkədə keçirilən Dünya çempionatının iqtisadi nəticələri ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, ABŞ prezidenti bu barədə "Truth Social" hesabında paylaşım edib.
Trampın sözlərinə görə, futbol üzrə mundial ABŞ iqtisadiyyatına 18 milyard dollardan artıq gəlir gətirib. Turnirin ölkədə məşğulluğa da müsbət təsir etdiyi, nəticədə 160 mindən çox yeni iş yerinin yarandığı bildirilib.
O, mundialın ölkəyə turist axınına və daxili səyahətlərə də ciddi təsir göstərdiyini qeyd edib.
Trampın paylaşımına əsasən, amerikalılar yay aylarında ümumilikdə təxminən 300 milyard mil məsafə qət ediblər. Eyni dövrdə ABŞ-nin milli parklarını isə 78 milyon nəfər ziyarət edib.
Tramp bu göstəriciləri amerikalılar üçün "inanılmaz yay"ın nəticələri kimi qiymətləndirib.
Oxşar xəbərlər
Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı
Suriyanın Səhiyyə naziri Musab əl-Əli Dəməşqdə keçirilən beynəlxalq sərgidə silah götürərək hədəfə atəş açıb. BAKU.WS xəbər verir ki, 63-cü Dəməşq Beynəlxalq Sə...