Tramp: ABŞ İranla razılaşmadan sonra "tam qələbə" əldə edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp İranla əldə olunan atəşkəs razılaşmasından sonra ölkəsinin tam üstünlük qazandığını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, AFP-yə verdiyi açıqlamada bildirib ki, iki həftəlik razılaşma ABŞ üçün "şübhəsiz və yüz faiz qələbə" kimi qiymətləndirilməlidir.
Trampın sözlərinə görə, bu nəticə Vaşinqtonun mövqelərinin gücləndiyini göstərir.
Eyni zamanda, ABŞ lideri razılaşmanın pozulacağı təqdirdə İranın mülki infrastrukturuna qarşı mümkün addımlarla bağlı əvvəlki sərt bəyanatlarını şərh etməkdən yayınıb və bununla bağlı "hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək" deməklə kifayətlənib.
Tramp əlavə edib ki, İranın zənginləşdirilmiş uran məsələsi danışıqlar prosesində əsas mövzulardan biridir və bu istiqamətdə nəticə əldə olunacağına ümid edir. O, həmçinin hesab edir ki, İranın danışıqlar masasına gəlməsində Çin mühüm rol oynayıb.
Məlumata görə, ABŞ prezidentinin yaxın vaxtlarda Çin lideri Si Cinpin ilə görüşmək üçün Pekinə səfəri planlaşdırılır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...