Tom Kruz Olimpiya oyunlarında BU ŞƏRTLƏ QONORAR ALMAYIB
Hollivud ulduzu Tom Kruz Paris-2024 Yay Olimpiya oyunlarının bağlanış mərasimində göstərdiyi şou üçün qonorar almayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Olimpiya oyunlarının rəhbəri Keysi Vasserman "The Hollywood Reporter"ə müsahibəsində bildirib.
"Bu işi dünyada ən yaxşı görə biləcək insanı seçdim" - deyə o, qeyd edib.
Keysi bəzi səhnələrdə Tomun yerinə dublyor çəkilməsini təklif edib. Lakin Kruz bunu qəbul etməyib. O şouda tamamilə özü iştirak edəcəyi təqdirdə heç bir qonorar tələb etməyəcəyini deyib.
Xatırladaq ki, 62 yaşlı aktyor oyunun keçirildiyi əraziyə səmadan iplə daxil olub. Daha sonra o yerə enərək idmançıların arası ilə səhənəyə doğru irəliləyib.
Qalereya
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...