Tənəffüs aparatına qoşulan aparıcı restoranda görüntüləndi
Tanınmış aparıcı Reha Muhtar günlər sonra restoranlardan birində görüntülənib.
BAKU.WS xəbər verir ki, o bir müddət əvvəl qəza keçirərək xəstəxanada süni tənəffüs aparatına qoşulmuşdu.
Xəstəxanada çıxan aparıcı günlər sonra ilk dəfə İstanbulun Bebek səmtində kameralara tuş gəlib.
Gəzməkdə çətinlik çəkən Reha "Hər şeyə qayıdacağam, narahat olmayın. Sağlamlıq, bu həyatda ən vacib şeydir. Son 40 gün ərzində hər şeyim var idi, sağlığım yox oldu, amma şükürlər olsun ki, hələ də mənim üçün dua edənlər var" sözlərini söyləyib.
Xatırladaq ki, Reha Muhtar evində keçirdiyi qəza zamanı beyninə qan sızıb.
O təcili olaraq xəstəxanaya yerləşdirilib. Günlərlə reanimasiyada qalıb.
Aparıcı xəstəxanada yatdığı müddətdə oğlu ilə keçmiş həyat yoldaşı arasında qalmaqal yaşanıb.
Oxşar xəbərlər
"Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp
ABŞ prezidenti Donald Tramp aralıq seçkiləri kampaniyası çərçivəsində Nyu-York ştatının Siraküz şəhərində keçirilən mitinqdə çıxışı zamanı ştatda iyun ayında qə...