"Temu" Türkiyədə satışları dayndırdı
Türkiyədə gömrük qaydalarında edilən dəyişikliklər Çin mənşəli elektron ticarət platforması "Temu"nun fəaliyyətinə təsir göstərib.
BAKU.WS xəbər verir ki, Ticarət Nazirliyinin 1 fevral 2026-cı ildən etibarən 30 avrodan aşağı məhsullar üçün sadələşdirilmiş gömrük prosedurunu ləğv etməsi fonunda "Temu" ölkədə "Xaricdən göndəriş" (Global) seçimini deaktiv edib.
Hazırda istifadəçilər "Temu" üzərindən yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən məhsulları sifariş edə bilirlər. Bu isə məhsul çeşidinin azalmasına və qiymət üstünlüyünün zəifləməsinə səbəb olub. Məlumata görə, yeni tənzimləmə ucuz məhsullar üzrə vergi və əlavə xərcləri artıracaq, sifariş prosesini isə daha mürəkkəbləşdirəcək.
Qeyd olunur ki, "Temu" Türkiyə bazarını tam tərk etməyib, lakin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb.
Mütəxəssislər hesab edirlər ki, artan xərclər və sərtləşən nəzarət mexanizmləri gələcəkdə "AliExpress" və "Shein" kimi digər beynəlxalq platformalara da təsir göstərə bilər.
Oxşar xəbərlər
Peskov: Rusiya Qrenlandiya ətrafında baş verənləri diqqətlə izləyir
Rusiya rəsmiləri Qrenlandiya ətrafında baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər. BAKU.WS xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlam...