Təl-Əvivdə terror aktı, ölən və yaralananlar var
İsrail hərbçisi Təl-Əvivə edilmiş terakt nəticəsində ağır yaralanıb.
BAKU.WS xəbər verir ki, bu məlumatı İsrailin Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
"Təl-Əvivin Yaffo rayonuna terror hücumu nəticəsində hərbi qulluqçu ağır şəkildə yaralanıb. O, tibbi xidmət göstərilməsi üçün təxliyə edilib", - deyə məlumatda deyilir.
Bundan əvvəl İsrail polisi Təl-Əvivdə terror hücumu nəticəsində 6 dinc sakinin həlak olduğunu 9-nun isə yaralandığı məlumatını yaymışdı.
"İnsident Yaffo rayonunun Yerusəlum bulvarında baş verib. İki kişi ətrafda olan sərnişinlərə atəş açıblar. Hər iki terrorçu zərərsizləşdirilib", - deyə polisin məlumatında bilçdirilir.
Oxşar xəbərlər
Qəzza ilə bağlı YENİ PLAN
ABŞ Prezidenti Donald Trampın yanında fəaliyyət göstərən Sülh Şurası Qəzza zolağının bərpası üçün 2.45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək. B...