Təhlükəli asteroidin Ayla toqquşma ehtimalı artdı

Təhlükəli asteroidin Ayla toqquşma ehtimalı artdı
Dünya 89

Daha əvvəl Yer üçün təhlükəli hesab edilən 2024 YR4 adlı asteroidin indi də Aya çırpılma ehtimalı artıb. Alimlər bu toqquşmanın planet müdafiəsi baxımından önəmli məlumatlar verə biləcəyini bildirir.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, yeni müşahidələr asteroidin orbitinə dair qeyri-müəyyənliyi 20 faiz azaldıb.

Hazırda asteroidin Aya çırpılma ehtimalı 3,8 faizdən 4,3 faizə yüksəlib. Bununla belə, hələ də 95 faiz ehtimalla Ayı vurmaya bilər.

Əgər toqquşma baş versə, bu, müasir dövrdə bu ölçüdə bir asteroidin Ay səthinə çırpılması baxımından nadir hadisə olacaq.

Avropa Kosmik Agentliyinin Planet Müdafiə Ofisinin rəhbəri Riçard Moissl bu vəziyyəti "elmi baxımdan həqiqətən maraqlı ssenari" adlandırıb. O bildirib ki, belə bir toqquşma planet müdafiəsi texnologiyalarının inkişafı üçün vacib məlumatlar təqdim edə bilər.

Alimlər asteroidin Günəş şüasını udma və istiliyi yayma xüsusiyyətlərini də araşdırıblar. Analizlər asteroidin silikat baxımından zəngin olduğunu və çox güman ki, Marsla Yupiter arasındakı Asteroid Qurşağından gəldiyini göstərib.

Xatırladaq ki, 60 metr diametrində olan 2024 YR4 asteroid ilk dəfə 2023-cü ilin sonunda kəşf olunmuşdu. O zaman hesablamalar bu asteroidin 22 dekabr 2032-ci ildə Yerə çırpılma ehtimalının 3 faiz olduğunu göstərmişdi. Bu isə qlobal narahatlığa səbəb olmuşdu.

Lakin NASA-nın James Webb Kosmik Teleskopu ilə əldə edilən yeni məlumatlara əsasən, artıq bu asteroidin Yerə çırpılma riski demək olar ki, sıfırlanıb. Aya çırpılma ehtimalı isə artıb.

Son xəbərlər