Tbilisidəki bannerlər avropalı səfiri özündən çıxardı

Tbilisidəki bannerlər avropalı səfiri özündən çıxardı
Foto
Dünya 159

Gürcüstanın paytaxtı Tbilisinin küçələrində Ukraynadakı dağıntıları və sülh içindəki Gürcüstanı yan-yana göstərən bannerlər etirazla qarşılanıb.

BAKU.WS xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bannerləri sərt tənqid edib.

"Düşünürəm ki, bu bannerlər qeyri-etik, utancverici və iyrəncdir. Çünki Gürcüstanda və Avropa İttifaqında sülh Ukrayna xalqının qurbanları sayəsində qorunur" - deyə Herçinski qeyd edib.

O əlavə edib ki, Avropa İttifaqı Ukraynanı bütün vasitələrlə dəstəkləməyə davam edir.

Sentyabr ayının sonunda Gürcüstanda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası təbliğat bannerləri yaymağa başlayıb. Bu bannerlərdə müharibə və sülh qarşılaşdırılır və Ukraynadakı münaqişə nəticəsində zərər görmüş Donetsk və Mariupolun şəkilləri göstərilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, Ukraynada hərbi əməliyyatlar nəticəsində baş verən dağıntıların əks olunduğu seçkiqabağı bannerlər Gürcüstan xalqına müharibə və sülhün dəyərini xatırlatmaq üçün zəruridir.

Son xəbərlər