Tayvan yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 gəmi aşkarlanıb
Tayvan yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 gəmi aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində verdiyi məlumata görə, Çin Xalq Azadlıq Ordusuna (PLA) məxsus 21 hərbi təyyarə və 7 hərbi gəmi Tayvan adası ətrafında müşahidə edilib.
Onlardan 7-si Tayvan Boğazının orta xəttini keçib.
Bildirilib ki, 14 Çin təyyarəsi Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına (ADIZ) daxil olub, həmçinin bu müddət ərzində 1 Çin müşahidə şarı qeydə alınıb.
Qeyd edək ki, Tayvan 1949-cu ildən özünüidarəetməyə malikdir. Pekin isə adanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir.
Oxşar xəbərlər
Girnə sahillərində batan gəmidə daha bir şəxsin meyiti tapılıb
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir şəxsin meyiti aşkarlanıb. BAKU.W...