Tarkan Ferdi Tayfuru bu təsirli video ilə andı
Yeniliklərdən dərhal xəbərdar olun
Meqastar Tarkan mərhum müğənni və aktyor Ferdi Tayfurla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi 6.6 milyon izləyicisi olan instaqram hesabında həmkarının "Emmoğlu" ifasını səsləndirib.
Mahnı sosial şəbəkə istifadəçilərini təsirləndirib və video qısa müddətdə yarım milyondan çox baxış sayı toplayıb.
Xatırladaq ki, 79 yaşlı Ferdi Tayfur Antalyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Onun cənazəsi bu gün keçiriləcək mərasimdən sonra İstanbula göndəriləcək və orada torpağa tapşırılacaq.
Son illərdə səhhətində problemlər yaşayan sənətçi 9 dəfə "Altın Plak" mükafatına layiq görülüb, 30-dan çox musiqi albomu buraxıb və 30-dan çox filmdə rol alıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...