Tarixdə ən çox insan ölümü qeydə alınan İLLƏR
Araşdırmalar göstərir ki, insanlıq tarixində ən çox ölüm hadisəsi XX əsrin ilk yarısında qeydə alınıb. Rəsmi tarixi və elmi mənbələrə əsasən, 1918–1919-cu illər və 1942-ci il ölüm sayının pik həddə çatdığı dövrlər hesab olunur.
BAKU.WS-in araşdırmasına görə, 1918–1919-cu illərdə dünyanı bürüyən İspan qripi pandemiyası nəticəsində təxminən 20–50 milyon insan həyatını itirib. Bu, təkcə pandemiyalar arasında deyil, ümumilikdə tarixdə ən çox ölümə səbəb olan hadisələrdən biri sayılır.
Digər rekord göstərici isə 1942-ci ilə aiddir. İkinci Dünya Müharibəsinin ən qanlı mərhələsində həmin il ərzində müharibə və onun fəsadları nəticəsində 4–7 milyon arası insanın öldüyü bildirilir. Tarixçilər bu ili müharibə səbəbli illik ölüm sayına görə ən ağır dövrlərdən biri kimi qiymətləndirirlər.
Mütəxəssislərin fikrincə, kütləvi ölümlərin əsas səbəbləri müharibələr, yoluxucu xəstəliklər, aclıq və səhiyyə sistemlərinin zəifliyi olub.
Oxşar xəbərlər
Rusiyada ağır cinayət törətmiş erməni vətəndaşlıqdan məhrum edildi
Rusiyanın Saratov vilayətinin Marks şəhərində insanlara atəş açmaqda təqsirli bilinərək məhkum edilmiş erməniəsilli Rubik Akopyan Rusiya vətəndaşlığından məhrum...