Süni intellektlə yaradılmış ilk dərmanlar 2030-a qədər bazara çıxacaq

Süni intellektlə (Sİ) tam şəkildə hazırlanmış ilk dərmanların bu onilliyin sonuna qədər satışa çıxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Sİ əsaslı dərman hazırlayan biotexnologiya startapı Insilico Medicine-in rəhbəri məlumat verib.
Hazırda süni intellekt farmasevtika sahəsində tədqiqatların sürətləndirilməsi və xərclərin azaldılması məqsədilə aktiv istifadə olunur. Lakin bu üsulla hazırlanmış dərmanlardan heç biri hələlik kütləvi istifadəyə rəsmi şəkildə təsdiqlənməyib.
Bununla belə, bir neçə preparat artıq son klinik sınaq mərhələsindədir. Məsələn, Takeda şirkəti psoriaz (dəmrov xəstəliyi) üçün hazırlanan dərmanı sınaqdan keçirir və nəticələrin bu il açıqlanacağı gözlənilir.
Insilico şirkətinin baş direktoru qeyd edib ki, əksər farmasevtik şirkətlər süni intellekti yalnız müəyyən mərhələlərdə tətbiq edir. Lakin Insilico dərmanların hədəfinin tapılmasından molekulun optimallaşdırılmasına qədər bütün mərhələlərdə süni intellekt texnologiyalarından istifadə edir. Bu isə dərmanların klinik sınaq mərhələsinə daha sürətli keçməsinə imkan yaradır.
Oxşar xəbərlər
Atışma MKİ-nin Lenqlidəki qərargahı yaxınlığında baş verib
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı yaxınlığında atışma olub. BAKU.WS xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Bildirilib k...
