Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı təqsirləndirilən həkim Sənan Mehdiyevə hökm oxunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mənsurlunun müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı N.Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunub.
Oxşar xəbərlər
Yolların nişanlanma və xətlənməsinə ayrılan 45 milyon nələrə xərclənəcək? - RƏSMİ AÇIQLAMA
Yolların nişanlanma və xətlənməsinə 45 milyon manat ayrılıb. Bu məlumatın yayılmasından sonra sosial şəbəkələrdə müxtəlif müzakirələr başlanılıb. Müzakirələrdə...
