Mikayıl Cabbarov: "Türkmənistanla enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur"

"Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik köklər, dil və din birləşdirir. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bizə birgə layihə və təşəbbüsləri uğurla həyata keçirmək üçün inamla irəliləməyə imkan verir.
Dövlət başçıları arasındakı yüksəksəviyyəli etimad, Azərbaycan və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi davamlı qarşılıqlı dəstək, həmçinin qlobal və regional məsələlərdə mövqelərinin uzlaşması tərəfdaşlığımızın möhkəmləndirilməsində xüsusi rol oynayır".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
O bildirib ki, Azərbaycan xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin daha da inkişafına maraq göstərir: "Ölkələrimiz arasındakı tərəfdaşlıq iqtisadiyyat, nəqliyyat, enerji, humanitar sahələr, mədəniyyət, təhsil və parlamentlərarası dialoq sahələrində uğurla inkişaf etməyə davam edir. Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli neft və qaz yataqlarının inkişafı layihələrində iştirak etməkdə maraqlıdır. Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlıq Orta Dəhlizin effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu marşrut üzrə tranzit daşımaların həcmi ilbəil davamlı şəkildə artmaqdadır",- deyə M.Cabbarov vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 1,18 % azalaraq 69,25 ABŞ dolları təşkil edib. BAKU.WS xəb...
