Hikmət Hacıyev: "Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli xarici siyasətinin nümunəsidir"
"Yalnız oktyabr ayının ilk ongünlüyündə Azərbaycan Prezidenti İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə iştirak edib".
BAKU.WS bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.
"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - deyə Hikmət Hacıyev vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür".
Only in the first decade of October, President Ilham Aliyev participated in three different summits in three diverse geographies and formats.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 10, 2025
• 1–2 October – EPC, Copenhagen. Meetings and discussions with the EU and other partner European countries.
• 6–7 October –…
Oxşar xəbərlər
İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
Donald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-n...