Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
Kanadada yerləşən bir əyləncə parkı maliyyə çatışmazlığı səbəbindən 30 ağ balinanı ötanazi yolu ilə öldürmək məcburiyyətində qala biləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, hökumət balinaların Çindəki əyləncə parkına göndərilməsinə icazə vermədiyi üçün heyvanların saxlanması çətinləşib. Park rəhbərliyi bildirir ki, dövlət dəstəyi göstərilməsə, heyvanları başqa yerə yerləşdirmək mümkün olmayacaq.
Mütəxəssislərin sözlərinə görə, bu qədər böyük dəniz məməlilərinə evtanaziya tətbiq etmək həm tibbi, həm də logistik baxımdan çətindir. Eyni zamanda, sağlam heyvanların bu yolla öldürülməsi etik mübahisələr doğurur.
Hazırda park balinalar üçün uyğun sığınacaq tapmadığını, təklif olunan sığınacaq layihəsinin isə ekoloji səbəblərlə yararsız olduğunu bildirib.
Oxşar xəbərlər
"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb. BAKU.WS "Report"a istinadən xəbər verir...