Suriyada vəziyyət gərginləşdi: SDQ atəşkəsi pozdu, bir əsgər öldü

Terror təşkilatı PKK/YPG-nin Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) hökumətlə razılaşdırılmış atəşkəsi pozub. Hücumlar nəticəsində bir Suriya əsgəri ölüb, ikisi yaralanıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Suriya Müdafiə Nazirliyi verib.
Qeyd olunur ki, terror təşkilatı SDQ Suriya ordusunun Tişrin bəndi ətrafındakı mövqelərinə hücum edib. Məlumata görə, SDQ son 48 saatda atəşkəsi, ən azı, 10 dəfə pozub.
Suriya ordusu ilə terror təşkilatı SDQ arasındakı gərginlik bazar ertəsi günü başlayıb. Terrorçular Hələbin məhəllələrində təhlükəsizlik qüvvələrini hədəfə alıblar, bir əsgər həyatını itirib.
Xatırladaq ki, toqquşmalar başlamazdan bir neçə saat əvvəl ABŞ-nin Türkiyədəki səfiri və bu ölkənin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriyada SDQ-nin başçısı Mazlum Abdi ilə görüşmüşdü.
Ətraflı videoda:
Oxşar xəbərlər
İtaliyada məşhur qanqster yatağındaca saxlanılıb
İtaliyada ən təhlükəli qanqsterlərindən biri hesab olunan 39 yaşlı Leonardo Cezualdo gecə reydi zamanı yatağında yatarkən həbs edilib. BAKU.WS xəbər verir ki, o...
