Beyin müxtəlif insanlarla ünsiyyət zamanı necə dəyişir?

Niderlandın Neymeyen Universitetinin alimləri müəyyən ediblər ki, insan beyni qarşısındakı şəxsin səsinə dərhal uyğunlaşır və bu, onunla daha yaxşı ünsiyyət qurmağa kömək edir.
BAKU.WS xəbər verir ki, neyrobioloq Orxun Uluşaxinin rəhbərlik etdiyi araşdırmaya görə, beyin danışanın səsinin tembrinə, tonuna, sürətinə və vurğularına uyğunlaşaraq həm onu daha yaxşı anlamağa, həm də öz nitqini dəyişməyə başlayır.
Tədqiqat nəticəsində məlum olub ki, insanlar söhbət zamanı qarşısındakı şəxsin səsinə bənzər tonla danışmağa meyllidirlər. Yəni yüksək səslə danışanı dinləyənlər də qeyri-ixtiyari olaraq səslərini qaldırırlar və əksinə.
Alimlər bildiriblər ki, bu proses beynin qarşı tərəf haqqında topladığı məlumat əsasında baş verir və insan nitqinin qarşılıqlı anlaşmaya uyğun şəkildə formalaşdığını göstərir.
Oxşar xəbərlər
Yeni Yasamalda yolkənarı ZİBİLXANAYA çevrilib
Yeni Yasamalda, kənar dairəvi yolun bir hissəsi baxımsız vəziyyətdə qalıb və artıq zibilxanaya çevrilib. BAKU.WS-ə daxil olan məlumata görə, ərazidə uzun müddət...
