İtaliyada məşhur qanqster yatağındaca saxlanılıb
İtaliyada ən təhlükəli qanqsterlərindən biri hesab olunan 39 yaşlı Leonardo Cezualdo gecə reydi zamanı yatağında yatarkən həbs edilib.
BAKU.WS xəbər verir ki, o, ölkənin məşhur "Foggia mafiyası"nın yüksək rütbəli üzvü kimi tanınırdı. İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, karabinlilər onun evinə daxil olaraq Cezualdonu yatdığı yerdə yaxalayıblar. Evdən nömrələri silinmiş dolu tapança da tapılıb.
Cezualdo 2020-ci ildə məhkəmədən yayınaraq gizləndiyi üçün mafiyaya aid cinayətlərə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
İtaliyanın Baş naziri Corcia Meloni hadisəni hüquq-mühafizə orqanlarının mafiyaya qarşı mübarizədə böyük uğuru kimi qiymətləndirib.
Oxşar xəbərlər
İstanbulda 2 milyon 760 min narkotik həb və 314 kq əlavə maddə aşkarlanıb
Türkiyənin İstanbul şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 2 milyon 760 min narkotik həb və 314 kq əlavə maddə aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu...