Sudanda hökumət buraxılıb
Sudanın yeni baş naziri Kamil İdris iyunun 2-də hökumətin buraxıldığını elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi SUNA məlumat yayıb.
Bildirilib ki, hazırda baş katiblərə və nazir müavinlərinə yeni hökumət formalaşana qədər müvəqqəti olaraq vəzifələrini icra etmək tapşırılıb.
Qeyd edək ki, may ayının ortalarından etibarən Sudanda ordu ilə Sürətli Reaksiya Qüvvələri (SRQ) arasında silahlı qarşıdurma başlayıb. Ardınca Sudan ordusu SRQ-ni üsyanda ittiham edərək onların bazalarına zərbə endirib.
Xatırladaq ki, bundan əvvəl Sudan və Rusiya Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbi bazası ilə bağlı razılığa gəldiklərini açıqlayıblar. Sudanın xarici işlər naziri Ali Yusif Şərif "Biz razılaşdıq və bütün məsələlər üzrə razılıq əldə olundu", – deyə bildirmişdi.
Oxşar xəbərlər
ABŞ-Kuba münasibətlərində gərginlik artır
ABŞ dövlət katibi Marko Rubio Kubanın ABŞ üçün "milli təhlükəsizlik təhdidi" yaratdığını və tərəflər arasında yaxın vaxtda razılıq əldə olunmasının çətin göründ...