Stiven Kinq "Oskar" mərasiminin ləğv edilməsinə çağırdı
Məşhur amerikalı yazıçı Stiven Kinq Los-Ancelesdəki yanğınlar səbəbindən "Oskar" mükafatının təqdimat mərasiminin ləğv edilməsinə çağırıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "BlueSky" sosial şəbəkəsində bildirib.
"Düşünürəm ki, onu ləğv etmək lazımdır. Los-Anceles yanarkən heç bir mənası yoxdur", - deyə yazıçı qeyd edib.
Kingin tərəfdarları arasında fikir ayrılığı var.
Pərəstişkarlarının bir qismi mərasimin yerli iqtisadiyyat üçün əhəmiyyətini və şəhər sakinlərinin əhval-ruhiyyəsini müsbət təsir etdiyini qeyd edərək boykotu dəstəkləməyib.
Şəhərin nüfuzlu "Pacific Palisades" ərazisində yanvarın 7-də güclü yanğın baş verib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yanğın nəticələrinin miqyası nüvə hücumundan daha böyükdür.
Hazırda 25 nəfərin öldüyü və 12000-dən çox binanın dağıldığı bildirilir.
ABŞ-də baş verən meşə yanğınlarına baxmayaraq, "Oskar" mükafatının təqdimetmə mərasimi mart ayında keçiriləcək.
Bununla yanaşı, nominantların elan edilməsi 23 yanvar tarixinə təxirə salınıb, həmçinin Kinematoqrafiya Sənəti və Elmlər Akademiyasının üzvləri üçün səsvermə müddəti uzadılıb.
Oxşar xəbərlər
İrkutskda ticarət mərkəzində yanğın olub
Rusiyanın İrkutsk vilayətinə daxil olan Anqarsk şəhərində yerləşən "Avtomir" ticarət mərkəzində yanğın baş verib. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir...