Sıla Türkoğlu sevgilisi ilə belə tanış olub - ilk dəfə açıqladı

Məşhur aktrisa Sıla Türkoğlu şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Empati" verilişinə qonaq olan Sıla ilk dəfə sevgilisi Ata Ayyıldız ilə tanış olmağından danışıb.
Aktrisa qeyd edib ki, o tez-tez Atanın sahibi olduğu restorana gedirmiş və orada ortaq dostları sayəsində tanış olublar.
"Ata ilə 2 il əvvəl onun məkanına gedəndə dostlarımız vasitəsilə tanış olduq. Sonra sosial şəbəkədə məni izlədi, amma o vaxt mənim başqa münasibətim var idi. Ona geri qayıtmadım. Aylar sonra onu sosial şəbəkədə izləməyə başladım. Gördüm ki, o da məni izləyir. Sonra Bodrumdakı düşərgəyə getdim və təsadüfən orada onu ördüm. Bir fincan qəhvə içdik və bu münasibətimiz başladı".

Xatırladaq ki, Sıla Türkoğlu hazırda "Kızılcık Şerbeti" serialında rol alır. Aktrisa ekran işində Doğa obrazına həyat verir.
Oxşar xəbərlər
İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 49-a çatdı
İndoneziyanın Şərqi Yava vilayətində, icazəsiz olaraq iki əlavə mərtəbəsi tikilməyə başlayan internat məktəb binasının uçması nəticəsində ölən tələbələrin sayı...
