SEPAH Trampın münaqişənin tezliklə bitəcəyi ilə bağlı sözlərini təkzib edib
İran Trampın münaqişənin sona çatmaq üzrə olduğuna dair sözlərinə cavab verib.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, SEPAH ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin sona çatdığı barədə açıqlaması ilə qəti şəkildə razı deyil.
Təşkilatın rəsmi sözçüsü Sərdar Naininin sözlərinə görə, Ağ Evin iddiaları absurddur.
O vurğulayıb ki, Tehranın artıq döyüşləri daha da qızışdırmaq üçün sərbəst əli var.
"Hər kəs üçün təhlükəsizlik olacaq, ya da heç kim üçün yox... Müharibənin nə vaxt bitəcəyinə biz qərar veririk", - deyə SEPAH sözçüsü bildirib.
O həmçinin əlavə edib ki, İran Silahlı Qüvvələri hazırda Hörmüz boğazında Amerika hərbi gəmilərinin, o cümlədən təyyarədaşıyan "Gerald R. Ford"un peyda olmasını gözləyir.
Oxşar xəbərlər
Xameninin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib
İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...