SEPAH Qırmızı dənizi və Bab-əl-Məndəbi bloklamaqla təhdid edib
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları genişləndirməsi halında, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin qarşısını ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə The Wall Street Journal məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin iddiasına görə, Vaşinqton hücumların miqyasını artırarsa və ya İrana quru qoşunlarının yeridilməsi variantını nəzərdən keçirərsə, SEPAH Bab əl-Məndəb boğazını bağlamaq və bölgədə hərəkət edən gəmilərə hücum etmək imkanını gündəmə gətirib.
Məlumata əsasən, iyul ayında İranın dəstəklədiyi husilər ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hücumlar yenidən başlayıb. Husilər Səudiyyə Ərəbistanına məxsus gəmilər üçün dəniz blokadası elan edib, Qırmızı dənizdə iki tankeri hədəfə aldıqlarını, daha sonra isə Saudi Aramco şirkətinə məxsus iki obyektə zərbələr endirdiklərini açıqlayıblar.
Bildirilir ki, Səudiyyə Ərəbistanı və Misirin husiləri hərbi əməliyyatları dayandırmağa razı salmaq cəhdləri indiyədək nəticə verməyib.
Xatırladaq ki, daha əvvəl Axios nəşri ABŞ Prezidenti Donald Trampın diplomatik həll variantına üstünlük verdiyi üçün cümə gününə planlaşdırılan İrana zərbələrin təxirə salınması barədə göstəriş verdiyini yazmışdı.
Oxşar xəbərlər
Türkiyədə ət emalı müəssisəsində kütləvi zəhərlənmə: Onlarla işçi xəstəxanaya aparıldı
Türkiyənin Bolu vilayətində fəaliyyət göstərən ət emalı müəssisəsində baş verən zəhərlənmə nəticəsində onlarla işçi xəstəxanaya yerləşdirilib. BAKU.WS xəbər ver...