SenoVax vaksini qocalmanı sürətləndirə bilər

SenoVax vaksini qocalmanı sürətləndirə bilər
Dünya 10

"Immorta Bio" adlı biotexnoloji şirkətin alimləri "SenoVax" adlı yeni vaksin hazırlayıblar. Tərtibatçıların sözlərinə görə, vaksin orqanizmin işinə mane olan və müxtəlif xəstəlikləri tətikləyən qocalmış hüceyrələrlə mübarizə aparmalıdır.

BAKU.WS xəbər verir ki, "gazeta.ru"ya danışan immunoloq, MFTİ-nin (Moskva Fizika-Texnika İnstitutu) Genom Mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov bildirib ki, bu hazırlıq əksinə, insan orqanizmində qocalma prosesini sürətləndirə bilər.

"Əslində alimlər istəyirlər ki, immun sistem təkcə xərçəng hüceyrələri ilə deyil, qocalmış hüceyrələrlə də mübarizə aparsın. Amma biz təxminən 99% köhnəlmiş hüceyrələrdən ibarətik. Vaksinin konkret hansı hüceyrələri məhv etməli olduğu, alimlərin köhnə və daha yaşlı hüceyrələr arasında sərhədi harada qoyduğu tam aydın deyil",-deyə Volçkov izah edib.

Onun sözlərinə görə, qocalmanın əsas problemi hüceyrələrin köhnəlməsi yox, kök hüceyrələrin səviyyəsində yenilənmənin səmərəsizləşməsidir.

"Qocalma prosesi böyük dərəcədə kök hüceyrələrin potensialının tükənməsidir. Əgər biz qocalmış hüceyrələri daha effektiv şəkildə məhv etməyə başlasaq, bu, kök hüceyrələrin ehtiyatının daha sürətlə tükənməsinə gətirib çıxaracaq. Vaksinin işlədiyini fərz etsək, o, qocalmanı da sürətləndirə bilər",-deyə Volçkov vurğulayıb.

Yaxınlarda uzunömürlülük sahəsində araşdırmalar aparan Mayamidəki "Immorta Bio" şirkəti "SenoVax" üçün "Qocalmaya qarşı vaksin" adlı beynəlxalq patent müraciəti etdiyini açıqlayıb. Bu vaksin insan yaşlandıqca yığılan və xroniki xəstəliklərə səbəb olan qocalmış hüceyrələrin məhv edilməsinə yönəlib.

Qeyd edək ki, araşdırmalar tətbiq üçün hələ hazır olduğu anlamına gəlmir. İndiyə qədər bütün sınaqlar yalnız gəmiricilər üzərində aparılıb. Lakin heyvanlarda həyat müddətinin 100%-dən çox artdığı müşahidə olunub. Alimlər artıq vaksinin insanlar üzərində klinik sınaqlarına başlamaq üçün sənədləri təqdim ediblər.

Son xəbərlər