Sarp Levendoğlu: "Ucuz insanların bahalı şeylərdən xoşu gəlir"

Aktyor Sarp Levendoğlunun yeni açıqlaması müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, hazırda Datçada (Türkiyənin Muğla şəhərində bölgə) yaşayan Sarp "Ucuz insanların bahalı şeylərdən xoşu gəlir" deyə qalmaqallı fikirlər səsləndirib.
"Daha bir otağım olsa neynəyəksən ki? Başqa otağım da var deyəcəm insanlara? Ucuz insanlar bahalı şeyləri sevirlər. Lakin onlar;n ehtiyac duyduğu şeylər başqaları üçündür. İkinci ev, ikinci maşın, geniş malikanə, boş otaqlar - bunlar hamısı başqasına özünü göstərmək üçündür. 5 otaqlı evdə yaşayırsınız, neçə nəfərsiniz, iki... Evimiz əslində 40 kvadratmetr deyil, Datça yarımadası böyüklüyündədir. Dostlarımla bağda otururuq, burada gəzirik, qaçırıq.
Çöldə mətbəxdə 30 nəfərlik yemək bişirə bilərik. Burada çox dəbdəbəli maşına minmək bir az kobudluqdur. Çünki buradakı yollar buna uyğun deyil".
Onun bu açıqlaması bəzi sosial şbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər geniş evi göstəriş üçün deyil də rahat yaşamaq üçün nəzərdə tutduqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Livan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb
"Hizbullah" hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al H...
