Sabancıların 2 milyard dəyərindəki köşkünün taleyi bəlli oldu

Sabancı ailəsinin mirasından bir qəpik belə ala bilməyən Sevilay Sabancı Çınar 21 il əvvəl başladığı məhkəməni udub.
BAKU.WS xəbər verir ki, illərdir Sabancılar ailəsinə qarşı mübarizə apararaq "Atlı Köşk"ünün satılmasını istəyən Sevilay buna nail olub.
Köşkün real qiyməti 2 milyard 873 milyon 721 min 693 lirə müəyyən edilib.
Sözügedən malikanə hərrac yolu ilə satışa çıxarılacaq.
Bundan əvvəlki məhkəmədə köşkün Sevilaya verilməməsi, əvəzində Sabancıların Sevilaya 5 milyon 533 min lirə təzminat ödənilməsinə qərar verilmişdi.
Sevilay "Sabancı Holding"in yaradıcısı Hacı Ömer Sabancının 43 il əvvəl vəfat edən oğlu İhsan Sabancının Nevin Tenik ile sevgili olarkən dünyaya gələn qızıdır.
Buna baxmayaraq Hacı Ömer Sabancı onu nəvəsi kimi qəbul edib.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
