Rusiyaya gecə rekord dron hücumu: 356 PUA vuruldu
Rusiya hava hücumundan müdafiə qüvvələri iyulun 28-nə keçən gecə ölkənin müxtəlif bölgələrinə yönələn 356 Ukrayna pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücumların əsas istiqamətlərindən biri Moskva vilayəti olub. Paytaxtın meri Sergey Sobyanin bildirib ki, axşam saatlarından səhərə qədər Moskva istiqamətində 390-dan çox dron uçuşu qeydə alınıb. Onların böyük hissəsi şəhərə çatmadan məhv edilib. Hava hücumundan müdafiə sistemləri Moskvaya yaxınlaşan 81 PUA-nı zərərsizləşdirib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dronlardan biri Çexov rayonunda çoxmənzilli yaşayış binasına çırpılıb. Nəticədə binanın fasadı və iki mənzilə ziyan dəyib. Hadisənin nəticələri ilə bağlı araşdırmalar davam edir.
Digər pilotsuz aparat açıq əraziyə düşərək yanğına səbəb olub. Vaulovo kəndində istifadəsiz fərdi evdə yanğın qeydə alınıb. Romaşkino bağçılıq massivində isə dron qalıqları bağ evinə zərər vurub. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.
Vorobyov əlavə edib ki, Domodedovo, Podolsk, Ramenskoye və Kolomna rayonları üzərində də onlarla PUA vurulub.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov isə bildirib ki, bölgədə dörd dron məhv edilib. Sasovski rayonunda dron qalıqları yaşayış evlərinə ziyan vurub, bir nəfər yaralanıb və ona tibbi yardım göstərilib.
Rusiya mediasının məlumatına görə, Moskva bölgəsinə həyata keçirilən son hücum son iki ilin ən genişmiqyaslı pilotsuz aparat hücumlarından biri hesab olunur.
Oxşar xəbərlər
"Apple" yenidən dünyanın ən bahalı şirkəti oldu
"Apple" şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən bahalı şirkəti adını geri qaytarıb. BAKU.WS "Business Insider"a istinadən xəbər verir ki, iyulun...