Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində azı 7 nəfər ölüb
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər ölüb, yaralıların olduğu bildirilir.
"Report" xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb.
Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00) radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və texniki qulluq stansiyasının yandığını qeyd edib.
Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.
Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Sağ qalan sərnişin Hökümənin qəhrəmanlığından danışıb
Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsində stüardessa kritik anda öz vəzifələrini yerinə yetirərək böyük cəsarət və dözü...