Rusiyanın üç şəhərində hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Rusiyada Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.
Bildirilib ki, sözügedən limanlar müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmirlər.
"Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarında aşağıdakı hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib: Kazan, Nijnekamsk, "Ulyanovsk", - deyə məlumatda qeyd olunub.
Korenyako əlavə edib ki, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
Oxşar xəbərlər
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Cənubi Koreya alimləri təxminən 2 min ildir itmiş hesab olunan əfsanəvi qızılı parçanı yenidən hazırlamağa nail olublar. BAKU.WS xəbər verir ki, bu barədə "Scie...