Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO

Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Video
Dünya 100

Rusiyanın Tatarıstan Respublikasında yerüstü piyada keçidi yük maşınının üzərinə və yolun hərəkət hissəsinə çöküb.

BAKU.WS xəbər verir ki, hadisə Mamadış traktında, Koşakovo kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, yük maşınının sürücüsü qaldırılmış kuzovla hərəkət edib və keçidin hündürlüyünü nəzərə almayıb. Nəticədə avtomobil piyada keçidinə çırpılıb və konstruksiya yolun üzərinə aşıb.

Hadisə anbaan kameraya düşüb. Görüntülərdə yük maşınının keçidin altından keçdiyi vaxt konstruksiyanın dağılaraq avtomobilin üzərinə düşdüyü görünür. Zərbədən sonra yük maşını yolun qarşı istiqamətinə çıxaraq maneəyə çırpılıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Qəza səbəbindən yolda hərəkət iflic olub və uzun tıxac yaranıb.

Hadisə yerinə operativ xidmət əməkdaşları cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər