Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR

Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR
Sosial 80

Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satınalma prosesi elan edilib.

Layihə çərçivəsində işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 7 milyon 886 min manat müəyyənləşdirilib.

Məlumata əsasən, Bakı və Sumqayıt şəhərlərində görüləcək işlər arasında məktəbəqədər təhsil müəssisələrinin binalarında əsaslı təmir, kommunal-kommunikasiya sistemləri ilə bağlı işlər və abadlıq tədbirləri yer alır.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması bağçaların fiziki vəziyyətinin yaxşılaşdırılmasına, uşaqlar üçün daha təhlükəsiz və rahat mühitin yaradılmasına, həmçinin köhnəlmiş bina elementlərinin yenilənməsinə imkan verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər