Rusiyanın çempionu Gürcüstanın yeni prezidenti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan siyasətində yeni bir ulduz parlayacaq. Bu dəfə keçmiş futbolçu siyasi fiqura çevriləcək.
BAKU.WS-in məlumatına görə, Gürcüstan prezidenti postuna namizəd olaraq Rusiyanın çempionu olmuş Mixail Kavelaşvili irəli sürülüb.
Hakim partiya "Gürcü Arzusu"nun bu namizədi irəli sürməsi Rusiya-Gürcüstan münasibətlərini tənzimləmək məqsədi daşıyır.
Parlament seçkilərində qalib gəlmiş "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası deputat və keçmiş futbolçu, "Spartak-Alaniya" (indiki "Alaniya") klubunun sabiq hücumçusu Mixail Kavelaşvilini prezident vəzifəsinə namizəd göstərib.
Qeyd edək ki, Gürcüstanda parlament idarəetmə sistemi mövcuddur və prezident əsasən simvolik funksiyaları yerinə yetirir.
Qanunvericilik islahatlarından sonra prezident ümumi seçki yolu ilə deyil, seçki kollegiyası vasitəsilə seçilir. Kollegiyanın 50%-ni parlament deputatları, digər yarısını isə bölgələrin nümayəndələri təşkil edir.
Hazırda heç kim şübhə etmir ki, Kavelaşvili dekabr ayında vəzifəyə təsdiqlənəcək. Beləliklə, qərbyönümlü Salome Zurabişvilini Rusiyanın çempionu olan futbolçu əvəz edəcək.
Oxşar xəbərlər
Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər
Almaniyanın İqtisadiyyat Nazirliyi qarşıdan gələn qış mövsümündə təbii qaza qənaət üçün ehtiyat kömür elektrik stansiyalarının işini bərpa etmək imkanını nəzərd...