Rusiyanın bu vilayətində internet məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın İrkutsk vilayətinin bir sıra ərazilərində terror təhlükəsi səbəbi ilə mobil rabitənin sürəti 256 Kbit/s ilə məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə regional hökumət öz Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, antiterror mühafizəsini gücləndirmək üçün bəzi yaşayış məntəqələrində yüksək hazırlıq rejimi tətbiq edilib. Alarsk, Zalari, İrkutski, Kazaçinsko-Lenski, Usolski, Ust-Kutski, Çeremxovski, Şelexovski, Katangski və Jiqlovski rayonlarının, həmçinin Anqarsk şəhər dairəsinin bəzi ərazilərində rabitənin məhdudlaşdırılması gözlənilir.
Qeyd olunur ki, internet sürəti məhdud olsa belə, vətəndaşlar mətn mesajları və kiçik fotoşəkillər mübadiləsi edə biləcəklər.
Oxşar xəbərlər
Tbilisidə qaz partlayışından 8 saat sonra dağıntılar altından uşaq sağ çıxarıldı
Xilasedicilər Gürcüstanın paytaxtı Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından 8 saat sonra dağıntılar altından bir uşağı sağ ç...